"Səfəvi dövlətinin əhalisi" kitabı çapdan çıxıb

"Səfəvi dövlətinin əhalisi" kitabı çapdan çıxıb

10 İyul 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Mühəndislik Universitetinin Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyevin "Səfəvi dövlətinin əhalisi" kitabı çap olunub.

Oxuməni.az xəbər verir ki, yeni nəşrin elmi redaktoru və "Ön söz"ünün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur.

Kitabda Azərbaycan Səfəvi dövlətinin əhalisi ilk dəfə tarixi demoqrafik baxımdan işıqlandırılıb. Kitab "Əhalinin say dinamikası və yerləşməsi", "Əhalinin tərkibi", "Əhalinin demoqrafik problemləri" fəsillərindən ibarətdir. Tədqiqatın nəticəsində Səfəvi imperiyasının ərazisinin təxminən 1,5 milyon kv.km-lə 3,6 milyon kv.km arasında dəyişdiyi aydınlaşdırılıb.

Oxuməni.az