Azərbaycanın iki universiteti “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil edilib

Azərbaycanın iki universiteti “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil edilib

9 Oktyabr 12:19
Bəyəndim (5) Bəyənmədim (0)


Azərbaycanın ikinci ali təhsil müəssisəsi (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilk dəfə olaraq “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil edilib. Beləliklə, sözügedən qlobal reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi, o cümlədən Bakı Dövlət Universiteti yer alıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi arasında ölkədə ali təhsilin rəqabətədavamlılığının artırılması və qabaqcıl tədqiqat universitetlərinin yaradılması istiqamətində may ayından etibarən strateji tərəfdaşlıq davam etdirilir.
“THE” Beynəlxalq Əlaqələr üzrə Baş Direktoru Fil Batinin sözlərinə görə: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dünya universitetlərinin ən böyük və əhatəli qlobal reytinqinə daxil olması sevindirici haldır. Azərbaycan sosial təsirə malik dünya səviyyəli universitetlər yaratmaq məqsədi ilə ali təhsilin inkişafı üçün çox ciddi strateji hədəflər qoyub. Ümid edirik ki, bu qərar ölkənin ali təhsil müəssisələrinin sayının artmasına və “Dünyanın Ən Yaxşı Universitetlərinin TH Reytinqində” və “THE Impact Ranking”dəki mövqelərinin möhkəmlənməsinə kömək edəcək.
Almaz Həsənli