Kimya üzrə Nobel mükafatı laureatları elan edilib

Kimya üzrə Nobel mükafatı laureatları elan edilib

10 Oktyabr 08:10
Bəyəndim (5) Bəyənmədim (0)


Bu gün İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsi kimya üzrə Nobel mükafatı laureatlarını elan edib. “Euronews” xəbər verir ki, nüfuzlu mükafatın yarısı “hesablamalı zülal dizaynına görə” Devid Beykerə, digər yarısı isə “zülalların strukturunu proqnozlaşdırdığına görə” Demis Hassabis və Con M. Jamperə verilib.
Baker Sietldəki Vaşinqton Universitetində çalışır, Hassabis və Jamper isə Britaniyanın “Google DeepMind” süni intellekt şirkətini təmsil edirlər.
" Devid Beyker demək olar ki, qeyri-mümkün olana nail oldu - tamamilə yeni növ zülallar yaratdı" - Nobel Komitəsinin bəyanatında deyilir. "Demis Hassabis və Con Jamper 50 illik problemi həll etmək üçün süni intellekt modelini işləyib hazırladılar- zülalların mürəkkəb quruluşu kompleksi proqnozlaşdırıldı”.
"Bu kəşflər çox böyük potensiala malikdir" dedi akademiklər.
Builki Nobel mövsümü bazar ertəsi tibb üzrə mükafatçılar, amerikalılar Viktor Ambros və Qari Ruvkunun elanı ilə başladı. Çərşənbə axşamı fizika üzrə əsas elmi mükafat Con Hopfild və Gefri Hintona verilib. Xüsusilə, elm adamları "süni neyron şəbəkələrindən istifadə edərək maşın öyrənməsinə imkan verən fundamental kəşflər və ixtiralara" töhfə verdilər.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı cümə axşamı elan olunacaq. Nobel Sülh Mükafatı (Osloda verilir) cümə günü elan olunacaq, İqtisadiyyat Mükafatı isə oktyabrın 14-də veriləcək.
Almaz Həsənli