“NASA” həyat axtarmaq üçün “Europa Clipper” stansiyasını Yupiterin peykinə göndərdi
“Europa Clipper” kosmik gəmisi Yupiterin peyki Avropada yaşayış şəraitinin olub olmadığını öyrənmək üçün kosmosa göndərildi. Bu barədə “NASA”-nın mətbuat xidməti məlumat yayıb.
Zond “SpaceX” şirkətinin “Falcon Heavy” daşıyıcı aparatı vasitəsilə buraxılıb. İlkin olaraq buraxılış oktyabrın 10-a planlaşdırılıb, lakin “Milton” qasırğasının təsirləri səbəbindən təxirə salınıb.
Cihaz 2030-cu ilin aprelində Yupiter orbitinə daxil olmaq üçün təxminən 2,9 milyard km qət etməli olacaq. Kosmik gəmi 2031-ci ildə Avropa ətrafında elmi uçuşlara başlayacaq. Zond, “NASA”-nın qeyd etdiyi kimi, agentliyin indiyə qədər Yupiterə göndərdiyi ən mürəkkəb elmi alətlər dəsti, o cümlədən radarlar, kameralar və istilik ölçmə aləti ilə təchiz olunub.
“Europa Clipper”-in üç əsas elmi məqsədi peykin buz qabığının qalınlığını müəyyən etmək və buzaltı okeanın tərkibini və geologiyasını öyrənməkdir.
“Əgər missiya Avropanın yaşayış üçün yararlı olduğunu müəyyən edərsə, bu, bizim Günəş sistemimizdə və ondan uzaqlarda daha çox yaşayış üçün əlverişli dünyalar olduğu anlamına gələ bilər”,-məlumatda deyilir.
Almaz Həsənli