Bayram səyahəti zamanı sürücülər nələrə diqqət etməlidir

Bayram səyahəti zamanı sürücülər nələrə diqqət etməlidir

23 İyun 2023 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi sürücülər qarşıdan gələn bir həftəlik bayram günləri ilə əlaqədar olaraq, artıq səfər hazırlıqlarına başlayıblar. Uzun yola çıxmağa hazırlaşan sürücülər nələrə diqqət etməlidir? Nə vaxt yola çıxmaq lazımdır? Uzun səyahətə çıxan sürücülər üçün bəzi tövsiyələr...

Təhlükəsiz səyahət üçün avtomobilin içərisində necə oturmağınız çox vacibdir. Avtomobilin güzgü idarəetməsində və qəza zamanı minimum ziyanla avtomobildən çıxmaq üçün üç mərhələdən ibarət düzgün sürmə mövqeyi vardır. Bu vəziyyəti qısaca təsvir etmək üçün, pedallara basdığınız zaman ayağınız düz olmamalı, dizlərdən aşağı bir az meylli qalmalıdır. Pedallara basdığınız zaman ayaqlarınız düz və gərgindirsə, qəza zamanı başda baldır sümüyü və diz kimi bir çox nöqtəniz zədələnə bilər. Eynilə, sükanı 9.15-də tutduğunuzda, qollarınızın dirsəklərdən əyilmiş olması, yəni düz olmaması vacibdir. Bu zaman qəfil qarşınıza nəsə çıxsa, nəqliyyat vasitəsini sağa-sola apara bilməyəcəksiniz və avtomobiliniz toqquşduğu halda dirsək və çiyin nahiyələrindən yaralanma riskiniz ola bilər. Düzgün sürmə mövqeyinin ən vacib əlavələrindən biri baş dayağıdır. Ölkəmizdə sürücülərin əksəriyyətinin önəm vermədiyi, istirahət-yuxu zamanı başını söykədiyi, əksinə diqqətdən kənarda qaldığı başlıqlar çox riskli xəsarətlərin qarşısını alan həyati vacib avadanlıqlardır.

Başlıqların çox qısa bir tənzimləməsi var, bu, xüsusilə arxadan toqquşmalarda travmanın qarşısını alır. Başınızla baş dayağı arasındakı boşluq 4 barmağı keçməməli və hündürlüyü başınızın səviyyəsinə yaxın olmalıdır. Başlıqdan çox aralı olan və ya baş dayağı çox aşağı olan sürücü təhlükəsiz olmayacaq.

Səhər tezdən yola çıxmağa üstünlük verin. Sürücü yaxşı yuxu almalıdır. İnsandan insana dəyişsə də, orta hesabla bir gecədə 7-8 saat yatmaq lazımdır. Əks halda sürücü, qət etdiyi son kilometrləri xatırlamır, diqqətini cəmləyə bilmir, tez-tez əsnəyir, gözlərini açıq saxlamaqda çətinlik çəkir, qarşısındakı nəqliyyat vasitəsinə çox yaxınlaşır və ya yol nişanlarını qaçırır.

Yaxşı sürücü nəqliyyat vasitəsinin ara-sıra havaya qalxması ilə silkələndikdə yatmaq təhlükəsi olduğunu bilməlidir.

Yola çıxmazdan bir gün əvvəl belə spirtli içki qəbul edilməməli və erkən yatmaq lazımdır. Səyahət zamanı yuxusuzluğa səbəb ola biləcək dərmanlardan da çəkinmək məsləhətdir. Araşdırmalar göstərib ki, sürücülər avtomobili çox ehtiyatla maksimum 2 saat və ya 150 kilometr qət edə bilirlər. Bu səbəbdən səyahətə çıxmazdan əvvəl dayanacağı təyin edin və hər 2 saatdan bir və ya 150 kilometr məsafədə 15 dəqiqəlik fasilə verməlisiniz. Fasilə zamanı sürücü yüngül gəzintilər etməlidir. İstidən təsirlənməmək üçün bol su için. Xüsusilə ürək, qan təzyiqi və diabet xəstələrinin isti havada çox uzun məsafə qət etməyi məqsədəuyğun deyil. Ağır, yağlı qidalardan uzaq durun. Çünki belə qidalar yuxunuza səbəb ola bilər. Fasilələrdə şorba, az miqdarda toyuq əti və salat istehlak edin. Uzun yol səfərləri zamanı uğursuzluq halları da stress yaradan amillərdəndir. Misal üçün: Avtomobilinizin təkəri boşdursa, əyləc pedalını çox güclü basmadan, tələsmədən, siqnal verməklə sakit və idarə olunan şəkildə sağ zolağa doğru çəkin. Qəza xəbərdarlıq işıqlarını yandırın, sağ qapıdan çıxmağa diqqət edin, üçbucağı getdiyiniz yolun sürətindən asılı olaraq 50-100 metr məsafədə arxada yerə qoyun. Ən əsası isə mümkünsə yoldan uzaq, şlaqbaum arxasında qalın.

Bayramla əlaqədar olaraq nəqliyyatın hərəkəti artır və uzun yol təcrübəsi olmayan bir çox sürücü şəhərlərarası yollara çıxır. Bunu unutmayın və yaxınlığınızda olan sürücünün hər an səhv edə biləcəyini düşünərək avtomobilinizi və özünüzü qorumağa çalışın.

Murad Şahməmmədov