Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib

23 Mart 2023 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Oxuməni.az xəbər verir ki, paylaşımda deyilir: “Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”.