Rusiya azərbaycanlı deputatın qohumunu axtarışa verdi

Rusiya azərbaycanlı deputatın qohumunu axtarışa verdi

30 Mart 2023 23:26
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq şəhərində bir sürücü işıqforda avtomobildən düşüb, xristianlara, ruslara və Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata qarşı təhqiramiz çıxış edib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə fevralın 28-də baş verib və görüntülər orada olan başqa bir sürücü tərəfindən qeydə alınıb.

Ruslara qarşı təhqiramiz çıxışlar edən şəxs Leninqrad vilayətinin yerli Dumasının deputatı Sayad Əliyevin yaxın qohumu Vahid İltizam oğlu Cavadlıdır.

Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutmağa çalışsalar da, o, gizlənə bilib. Onun haqqında cinayət işi açılıb.

Hazırda onun axtarışları davam edir. Axar.az