Qan köçürülən insanların bəziləri naməlum səbəblərdən dünyasını dəyişib

Qan köçürülən insanların bəziləri naməlum səbəblərdən dünyasını dəyişib

11 Avqust 2023 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qan qrupumuzu deyəndə A Rh+, B Rh- kimi ifadələrdən istifadə edirik. A, B, AB, 0 kimi qan qrupları tez-tez məlum olsa da, Rh+ və Rh- ifadəsi də var. Bu qan qrupu ifadəsinin haradan gəldiyinə daha yaxından nəzər salaq.

Çoxumuz bilirik ki, A, B, AB, 0 kimi qan qrupları var. Yaxşı, bütün bu qan qruplarının arxasındakı "Rh" ifadəsinin haradan gəldiyini heç düşünmüsünüzmü?

"Rh" abbreviaturası meymun ailəsindən olan "Rhesus meymunu"nun adından gəlir. Rh adının mənşəyinin meymunlardan gəlməsinin məntiqi bir hekayəyə malikdir. Qan köçürülməsinə başlayan tibb dünyası bu möcüzəvi inkişafda böyük bir problemlə üzləşib. Qan köçürülən insanların bəziləri naməlum səbəblərdən dünyasını dəyişib. Alimlər qanköçürmə nəticəsində ölümlə bağlı araşdırma aparmağa başlayıblar.

Rhesus meymunları üzərində aparılan tədqiqatlar bu gün milyonlarla insanın həyatını xilas edib. Karl Landsteiner və Alexander S.Wiener bu araşdırmaları aparan alimlər arasında idi. Başlanğıcda çox da əhəmiyyətli sayılmayan bu araşdırmada rezus meymunlarının qanı araşdırılıb. Bu araşdırmalar nəticəsində Rh faktoru adlı yeni kəşf edilib.

Bu araşdırma nəticəsində transplantasiya üçün başqa bir vacib zülalın olduğu anlaşılıb. "D antigeni" olaraq bilinən bu zülalın varlığı və ya olmaması qan köçürülməsinin ölümlə nəticələnməməsi üçün həyati əhəmiyyət kəsb edirdi. Başqa sözlə, əgər qanınızda D antigeni varsa, "Rh-" qan qrupuna deyil, "Rh+" qan qrupuna sahibsiniz deməkdir.

Murad Şahməmməd