Qırğızıstanda hərbçilərə atəş açan əsgər barədə istintaqın ilkin rəyi açıqlandı

Qırğızıstanda hərbçilərə atəş açan əsgər barədə istintaqın ilkin rəyi açıqlandı

23 Avqust 2012 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstanda sərhədçiləri qətlə yetirən hərbçi barədə istintaqın ilkin rəyi mətbuata açıqlanıb. Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd qoşunlarına istinadən İnterfax-ın yaydığı məlumata görə, kütləvi qırğına səbəb şəxsi zəmində konflikt olub.

Xatırladaq ki, 20 avqust günü İsıkkul vilayətinin Ağsu rayonunun "İçkilitaş" sərhəd zastavasında sıravi Kulbarak Balbay 4 hərbçiyə və bir hərbçinin arvadına odlu silahdan atəş açıb. Məlumatda bildirilir ki, xidməti dövrü ərzində adıçəkilən əsgərlə serjantlar arasında mütəmadi olaraq münaqişə yaşanıb.

Faktla bağlı Qırğızıstan hərbi prokurorluğunda araşdırma aparılır.

O.M.