Ayaqqabı fabrikində yanğın  baş verib

Ayaqqabı fabrikində yanğın baş verib

29 Aprel 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)



Hindistanın paytaxtı Dehlidə ayaqqabı fabrikində baş verən güclü yanğın ilkin məlumatlara görə 12 nəfərin həyatına son qoyub.

Fabrikdə yanğının qarşısını almaq üçün 20 yanğınsöndürən maşın cəlb olunub.

Fabrikdə yanğının şiddətli olmasına səbəb burada kimyəvi, dəri və plastik maddələrin çox olmasıdır.

Yanğın qarşısı qismən alınıb.

Hazırda polis yanğının baş vermə səbəblərini araşdırır.

Vaxtında tədbir görülməsəydi, çox güman ki, Hindistanda "ayaqqabı böhranı" yaranacaqdı.

Hafiz Əhmədov

O.M.