HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb

31 İyul 2024 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb, İranın Mehr agentliyi xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı açıqlamaya görə, İsmayıl Haniyə və onun mühafizəçilərindən biri Tehranda iqamətgahına edilən hücumdan sonra ölüb.

“Bu gün səhər (çərşənbə) Tehranda İslami Müqavimət HƏMAS-ın siyasi ofisinin rəhbəri doktor İsmayıl Haniyənin iqamətgahına hücum edilib. Bu hadisədən sonra o, mühafizəçilərindən biri ilə birlikdə şəhid olub”, - deyə məlumatda bildirilir.

Oxuməni.az