Dekan şeyxin müşaviri oldu
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) yeni kadr təyinatı olub. Bu barədə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Belə ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə iqtisadi məsələlər üzrə müşavir vəzifəsini təsis edib. Bu vəzifəyə isə Fuad İzzət oğlu Nurullayev təyin olunub. Hacı Fuad Nurullayev bu təyinata qədər Bakı İslam Universitetində dekan vəzifəsində çalışıb. Hazırda o, QMİ sədrinin müşaviri olmaqla bərabər, həm də də Bakı İslam Universitetində dekandır.
O.M.
Digər xəbərlər





























































































