Günayın nişanlısı tapıldı
Bir neçə gün əvvəl aeroport yolunda "BMW" tərəfindən vurularaq dünyasını dəyişən Günay Məmmədovanın nişanlısı Rabil Rzayevin yeri məlum olub. Onun polis yoldaşlarından əldə edilən məlumata görə, hadisə baş verənədək metronun "Gənclik" stansiyasında xidmət aparan R.Rzayev artıq başqa stansiyaya təhkim olunub. O, hazırda "Həzi Aslanov" stansiyasında xidmətdədir. G.Məmmədovanın ölümünü araşdıran müstəntiq Cəmşid Əliyev R.Rzayevin yerini bilmədiyini və axtardığını desə də, Bakı Metropolitenində Polis Şöbəsinin rəis müavini Kamal Şirinovun açıqlaması hər şeyi alt-üst etdi. Rəis müavini Milli.Az-a açıqlamasında bildirdi ki, R.Rzayev hazırda xidmətdədir. Onun hadisə ilə bağlı heç bir əlaqəsi olmayıb. Bir neçə gün əvvəl komandirinə zəng edərək iki gün işə çıxamayacağı ilə bağlı icazə almışdı. Hazırda isə işə çıxaraq xidmətini aparır. K.Şirinov R.Rzayevin G.Məmmədovanın ölümündə günahkar olması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: "Hadisədən sonra Rabilin atası da istintaqa ifadə verib. Oğlunun günahsız olduğunu deyib".
Qeyd edək ki, G.Məmmədovanı avqustun 30-da maşın vuraraq öldürüb. Zərbənin təsirindən G.Məmmədova digər maşınların altına düşüb. Onun meyitinin hissələri salafan torbalara toplanaraq dəfn edilib
O.M.