Tovuzda 6 otaqlı ev partladı

Tovuzda 6 otaqlı ev partladı

4 Fevral 2014 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz şəhərində partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi saytının verdiyi məlumata görə, vətəndaşa məxsus hər mərtəbəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə qaz sızması nəticəsində partlayış olub. Nəticədə evin dam örtüyü çöküb, 2-ci mərtəbənin daşıyıcı divarlarının bir hissəsi deformasiyaya uğrayıb. Yanğın hadisəsi olmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.