Lənkəranda kişi meyiti tapılıb
Lənkəran rayonunda kişi meyiti tapılıb. 45-50 yaşlarında olduğu ehtimal edilən kişi meyiti bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun Darquba kəndindən keçən hissəsində, "Armudluq" restoranının yanında aşkarlanıb. Hadisə yerinə dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Üzərində hər hansı zorakılıq əlamətlərinin olub-olmadığını aydınlaşdırmaq üçün meyit Lənkəran Məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra meyitin şəxsiyyəti dəqiqləşdirilib. Onun 1968-ci il təvəllüdlü Darquba kənd sakini Vasif Həbib oğlu Rzayev olduğu məlum olub.
Digər xəbərlər