Ukrayna ordusu Mariupola hücumunun qarşısını alıb

Ukrayna ordusu Mariupola hücumunun qarşısını alıb

5 Sentyabr 2014 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu Mariupola hücumunun qarşısını alıb.
Bu barədə Ukrayna mətbuatında məlumatlar yayılıb. İlkin informasiyaya görə, Ukrayna kəşfiyyatçıları zenit raketləri ilə separatçıların "Ural" maşınını vurub.
"Azov" batalyonun xüsusi təyinatlıları Şirokino kəndində gedən döyüşlərdə xüsusi məharət göstərərək işğalçı qüvvələrə ağır zərbə endiriblər: "Xoşbəxtlikdən itkin düşənlər tapılıb. Həlak olanlar yoxdur. Həmçinin, sərhəd qoşunlarından bizim silahdaşlarımıza onlarda da itki olmadığı bildirilib", - deyə "Azov" batalyonundan bildirilib.
Mariupoldan 20 kilometr məsafədəki "Azov"un ön postları separatçıların postunu məhv edib. Ukrayna artilleriyası "122-millimetr D-30 qaubits" batareyanı da məhv edib. Hazırda Şirokino kəndində mülki şəxslər arasında itkilər dəqiqləşir.

Mediainfo.az