Öz evini yandırdı

Öz evini yandırdı

9 Sentyabr 2014 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayon sakini evini yandırıb. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, sentyabrın 7-də saat 02 radələrində əvvəllər məhkum olunmuş Məhəmməd Seydiyev sərxoş halda, yaşadığı Şabran şəhəri Əzizbəyov küçəsindəki evini qəsdən yandırıb. Nəticədə xəsarət alan olmasa da, evdəki məişət əşyaları yanıb.

Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən evə baxış zamanı 12,46 qram marixuana aşkar edilərək götürülüb.

Mediainfo.az