
Narkotikli tort
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsində bir cinayət hadisəsinin qarşısını alıb.
Mediainfo.az Pentensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına gətirilən sovqatın içində narkotik olub.
C.İsgəndərovla qısamüddətli görüşə gələn anası, Ağdam rayonu, Şıxbabalı kəndində yaşayan vətəndaş Zöhrə Hidayət qızı Axundovanın üzərinə və əşyalarına baxış keçirilən zaman gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilmiş xalis çəkisi 0,484 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər