Rusiyada Ukrayna Müdafiə nazirinə qarşı cinayət işi açıldı

Rusiyada Ukrayna Müdafiə nazirinə qarşı cinayət işi açıldı

2 Oktyabr 2014 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İstintaq Komitəsi Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyi barədə cinayət işinə başlayıb. Nazir Valeriy Qeletey, Baş qərargah rəisi Viktor Mujenko və onların müavinləri haqda bir sıra ittihamlar irəli sürülür. Ukraynalı məmurlar müharibəni qadağan olunmuş metodlarla aparmaqda və kütləvi qırğınlarda günahlandırılırlar. İnterfax-ın Rusiya İstintaq Komitəsinə istinadən yaydığı məlumata görə, cinayət işində Ukrayna Silahlı Qüvvələrinin 25-ci briqadasının komandiri Oleq Mikas, 93-cü briqadanın komandirləri və digər yüksək rütbəli zabitlərin adları hallanır. Onlar Rusiya CM-nin 357-ci maddəsinin müxtəlif bəndləri üzrə cinayət törətməkdə şübhəli bilinirlər. Belə ki, cinayət işində hər bir fakt üzrə dinc rusdilli əhalinin bilərəkdən qətlə yetirildiyi haqda sübutlar toplanıb. Dəlillər cari ilin 03 iyul-05 sentyabr dövründəki hadisələri əks etdirir.

Mediainfo.az