Vəkilin  məhkəməsi başlayıb

Vəkilin məhkəməsi başlayıb

9 Oktyabr 2014 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal Rayon Məhkəməsində vəkil Əlayif Həsənovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Posesdə Ə. Həsənov işə Zərdab Rayon Məhkəməsində baxılması barədə vəsatət verib. Lakin qarşı tərəf buna etiraz edib. Proses oktyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Buna Əlayif Həsənovun Nuriyyə Hüseynovanın L. Yunusa təzyiq etməsi barədə mətbuata verdiyi açıqlamalar səbəb olub. Həmin xəbərdən narazı qalan N. Hüseynova Ə. Həsənovu məhkəməyə verib.

Mediainfo.az