Goranboyda qəza, ölən var
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 34 yaşlı Şöhrət Qurbanovun idarə etdiyi "BMW" markalı avtomobil hərəkətdə olarkən yolun hərəkət hissələrini ayıran dəmir səddə dəyərək aşıb. Qəza zamanı ağır yaralanana sərnişin Dəliməmmədli sakini 41 yaşlı Fikrət İsmayılov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Bir neçə dəqiqədən sonra F. İsmayılov orada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.
Mediainfo.az
Digər xəbərlər