
İntihar etmək istəyən kişini arvadı xilas edib
Gəncə şəhərinin Sədi küçəsində kirayədə yaşayan 1985-ci il təvəllüdlü Seymur Bayramov intihara cəhd edib. Otağa daxil olan həyat yoldaşı dərhal onu qaldıraraq kəndiri boğazından çıxarıb. S. Bayramov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə S. Bayramov ağır xəstəlikdən əziyyət çəkir.
Mediainfo.az
Digər xəbərlər