
Dünən axşam düşmənin 6 əsgəri məhv edildi
Dünən axşam saatlarında cəbhə xəttində atəşkəsin pozulması nəticəsində düşmən xeyli sayda itki verib. Mediainfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Ordumuzun bir hərbi qulluqçusu yaralanıb. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.
Mediainfo.az
Digər xəbərlər