Boşanmaq istəməyən kişi sirkə turşusu içdi

Boşanmaq istəməyən kişi sirkə turşusu içdi

30 Oktyabr 2015 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 30 yaşlı kişi intihara cəhd edib. İntihara cəhd hadisəsi Xətai rayonu ərazisində baş verib. Gəncə sakini 1985-ci il təvəllüdlü Tural Qurbani M.Hadi küçəsində sirkə turşusu içərək özünü öldürmək istəyib.

Ətrafda olanlar onu bu fikrindən daşındırmaq istəyib. Daha sonra əraziyə polis əməkdaşları gəlib. T.Qurbaninin fikrini dəyişmək olmayıb.

T.Qurbani Toksikologiya Mərkəzinə yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.

Əldə etdiyimiz məlumata görə, T.Qurbaninin intihara etmək istəməsinin səbəbi həyat yoldaşından boşanmaq istməməsidir. T.Qurbani arvadı Nərminə Əliyevanın ondan boşandığı üçün özünü öldürmək istəyib.

Mediainfo.az