Beyləqanda kafedə Elçini ölümcül döyənlər axtarılır - FOTO

Beyləqanda kafedə Elçini ölümcül döyənlər axtarılır - FOTO

2 Fevral 2016 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Beyləqanda bir qrup şəxs 42 yaşlı kişini ölümcül döyüb. Belə ki, Mil qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əliyev Elçin Cavanşir oğlu saat 23:00 radələrində qəsəbədəki kafedə bir qrup şəxsin fiziki zorakılığına məruz qalıb. Ağır xəsarətlər alan E. Əliyev Beyləqan Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Mediainfo.az