"Mercedes" aşdı, sürücü öldü - AĞDAŞDA

"Mercedes" aşdı, sürücü öldü - AĞDAŞDA

28 İyul 2016 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayon sakini, 1982-ci il təvəllüdlü İsgəndərov Ramin Nizami oğlu idarə etdiyi 03-BG-383 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Ramin İsgəndərov aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Aqil M.