İki nəfəri maşınla vuran sürücüyə 10 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfəri maşınla vuraraq öldürməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Anar Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə A.Səfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı il sentyabr ayında Sabunçu rayonu Məhəmmədi kəndində baş verib. 1988-ci il təvəllüdlü Səfərov Anar Möhübbət oğlu idarə etdiyi "AzSamand" ilə 3 nəfəri vurub. Nəticədə 1991-ci il təvəllüdlü Salmanov Ərzuman Hidayət oğlu və 1988-ci ildə anadan olmuş Əliyev Elçin Zirəddin oğlu hadisə yerindəcə keçiniblər. Ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zahidov Elbrus Ağanəzər oğlu isə xstəxanaya yerləşdirilib.
Mediainfo.az
Digər xəbərlər