
Ehtiyatsızlıq ustanın ölümünə səbəb olub
Şabranda usta bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov "VAZ-21099" markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb və nəticədə usta hadisə yerində ölüb.
Mediainfo.az
Digər xəbərlər