Kür çayında batan digər polisin də meyiti tapılıb - FOTO

Kür çayında batan digər polisin də meyiti tapılıb - FOTO

3 İyul 2017 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Kür çayında batan digər polis də meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin - 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat bu gün saat 09:27-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

2 iyul

21:38

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.

Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Digər 1 nəfərin axtarışı davam etdirilir. (apa)

Mediainfo.az