
QMİ-nin Nizamnaməsi "Dini etiqad azadlığı haqqında" qanuna uyğunlaşdırıldı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nizamnaməsinə dəyişiklik edilib. Dəyişiklik "Dini etiqad azadlığı haqqında" qanuna edilmiş dəyişikliklə bağlıdır. QMİ-nin Nizamnaməsi "Dini etiqad azadlığı haqqında" qanuna uyğunlaşdırılıb. "Dini etiqad azadlığı haqqında" qanuna edilmiş dəyişikliklərlə QMİ-yə əlavə səlahiyyətlər verilib, ölkədə fəaliyyət göstərən İslam təmayüllü dini icmalar QMİ-yə tabe edilib. Həmçinin, qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmanda QMİ-yə dövlət büdcəsindən maliyyə yardımının göstəriləcəyi bildirilir. Bundan başqa, QMİ-yə müvafiq ölkələrdə nümayəndəliklərini yaradılması təklif edilib.
O.M.
Digər xəbərlər