Nəsimi və Ağcabədi rayonlarında yanğın olub

Nəsimi və Ağcabədi rayonlarında yanğın olub

27 İyun 2019 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə,bBinanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 28 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.