Doqquz milyonluq qaçaq parça ələ keçirildi

Doqquz milyonluq qaçaq parça ələ keçirildi

12 İyul 2023 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Ticarət Nazirliyi Mersində 9 milyon 300 min TL dəyərində 267 min metr qaçaq polyester parça ələ keçirildiyini açıqlayıb. Mersin Gömrük Mühafizə Baş İdarəsi qrupları Çindən ölkəyə idxal olunan parça gətirən şirkəti təqib edib. Müayinələrdə şirkətin gömrük idarəsinə gətirdiyi polyester parçaları faktiki məbləğindən az bəyan etdiyi müəyyən edilib. 84 min kvadratmetr olduğu bəyan edilən xaricdən gətirilən parçadan başqa, daha 267 min metr ələ keçirilib. Qaçaq parçaların 9 milyon 300 min TL dəyərində olduğu aydın olub. Hadisə ilə bağlı Mersin Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Murad Şahməmməd