Oğru: "Qurdumu öldürürdüm"

Oğru: "Qurdumu öldürürdüm"

12 Mart 2013 09:49
Bəyəndim (0) Bəyənmədim (0)
Əli Nadirov iki maşın qaçırdıb

Paytaxt sakini Nadirov Əli Habil oğlunun avtomobillərə olan həvəsi onu cinayətə sövq edib. Belə ki, 23 yaşlı Əli Nadirov özünün təbirincə desək, avtomaşınlara olan qurdunu öldürmək üçün paytaxın Binəqədi rayonu ərazisindən 2 avtomobil qaçırıb. İlk əvvəl "VAZ 2103" markalı avtomobili qaçıran Əli bir müddət rayon ərazisində həmin maşınla dolaşdıqdan sonra ondan qurtulmaq məqsədi ilə yol kənarına ataraq qaçıb. Maşınsız qalan Əli yenidən həvəsə gələrək, eyni əməli torədib. Amma bu dəfə çox da uzağa gedə bilməyən Əli Nadirov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı idarənin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

O.M.