Balakən rayon sakinindən narkotik götürülüb
Balakən rayon sakinində narkotik maddə aşkarlanıb. Balakən Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, Balakən RPŞ əməkdaşları Balakən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində Balakən şəhər sakini, 1972-ci il təvəllüdlü Kaltayev Rəşad Nurullah oğlu şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı ümumi çəkisi 55 qram (6 kibrit qutusunda) narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
O.M.
Digər xəbərlər






























































































