Salyanda bank işçisi intihar etdi

Salyanda bank işçisi intihar etdi

2 Oktyabr 2014 08:15
Bəyəndim (0) Bəyənmədim (0)

Salyanda bankda sürücü işləyən şəxs tabel silahı ilə başına atəş açaraq intihar edib. Apa-nın Mil-Muğan bürosuna polisdən verilən məlumata görə, hadisə dünən günorta saat 12:00 radələrində bankların birinin həyətində, xidməti avtomobilin içində qeydə alınıb.

Şirvan şəhər sakini, 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu ona məxsus "Makarov" tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az