Əfsanəvi avtoritet azadlıqda

Əfsanəvi avtoritet azadlıqda

29 Oktyabr 2014 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan "Şakro Molodoy" ləqəbli 61 yaşlı Zaxari Kalaşov İspaniya həbsxanasından azadlığa buraxılıb. Rusiya saytlarının məlumatına görə, Z.Kalaşov oktyabrın 29-da səhər Madriddən təyyarə ilə Moskvaya gəlib. Məlumata deyilir ki, "Şakro" nu Domodedovoda Rusiya DİN-in xüsusi qrupu qarşılayıb. Onunla DİN-i yüksək rütbəli məmurları görüşüb. "Şakro" ya bu cür diqqət səbəbsiz deyil. Rusiya kriminal aləminin xaç atası sayılan Aslan Usoyanın ("Ded Xasan") 2013-cü ilin yanvar ayının 16-da öldürülməsindən sonra "oğru dünyası"nda qarşıdurmalar daha da dərinləşib. "Şakro" hələ həbsdəykən onu "Ded Xasan"ın taxt-tacına namizəd sayılırdı. Həbsdə olduğu 7 ildə o kriminal aləmdə baş verən qanlı qarşıdurmalara qarışmasa da, onun azadlığa çıxması ilə Rusiya kriminalında yeni bir dönəm başlayacağı güman edilir.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirir və bir neçə "qanuni oğru" həbsə alınır. "Şakro Molodoy" gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilir. İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun məhkəməsi uzun müddət davam edir. Uzun araşdırmalardan sonra - 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarır.

Mediainfo.az