Bakıda 26 yaşlı qız özünü asaraq öldürdü
Bakı şəhərində intihar hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə Cəmşid Naxçıvanski küçəsi ev 63, mənzil 2 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 26 yaşlı Ülviyyə Tərlan qızı Əsgərova yaşadığı evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər