Qatil qızın məhkəməsi başlayıb

Qatil qızın məhkəməsi başlayıb

4 Fevral 2016 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirlən 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 18-ə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü il oktyabrın 10-u Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən A. Məmmədov orada ölüb.

Mediainfo.az