Qardaşı arvadını öldürən şəxs tutulub

Qardaşı arvadını öldürən şəxs tutulub

10 Oktyabr 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində öz qardaşı arvadını güllələyərək qaçan Atababayev Canbala Əlibala oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Qardaşının həyat yoldaşını öldürməkdə şübhəli bilinən Atababayev silahı ilə birgə saxlanılaraq istintaqa təhvil verilib. Atababayevin tutulması ilə Bakının bütün istiqamətlərində qurulmuş silahlı polis postları da artıq götürülüb.

Xatırladaq ki, 43 yaşlı Atababayev Canbala Əlibaba oğlu ötən gün qardaşının həyat yoldaşı, 29 yaşlı Mətanət Məlikovanı güllələyib, "Vinçestr" tipli tüfəngdən açılan atəş nəticəsində üç güllə yarası alan Mətanət Məlikova hadisə yerində dünyasını dəyişib.

Canbala Atababayev isə qətldə istifadə etdiyi tüfəngi də götürərək özünə aid "Vaz-2107" markalı avtomobillə hadisə yerindən qaçmışdı. Qeyd edək ki, hadisə ilə əlaqədar Bakı şəhər baş polis idarəsinin və Sabunçu rayon polis idarəsinin əməkdaşlarına gücləndirilmiş iş rejiminə keçmək tapşırılmış və paytaxtın bütün istiqamətlərində polis postları qurulmuşdu.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun istintaqçıları qanlı hadisənin baş verməsi səbəblərini araşdırır. İstintaq tədbirləri davam edir.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük günah və cinayətdir.

Tofiq Əliyev

O.M.