İki qadını öldürən avtobus sürücüsü həbs edildi

İki qadını öldürən avtobus sürücüsü həbs edildi

29 May 2018 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhəmməd Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhəmməd Behbudov 5 il 6 ay müdddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, ötən ilin dekabrın 5-də axşam saatlarında Sumqayıt şəhərində Məhəmməd Behbudov idarə etdiyi "Hunday" markalı, 90 AD 889 dövlət nömrə nişanlı xətt avtobusu ilə 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci ildə anadan olmuş Nüşabə Rzayevanı vurub.

Hər iki şəxs hadisə yerində dünyasını dəyişib. (axar.az)