Olmayan 9 milyona görə rəfiqəsini öldürdü

Olmayan 9 milyona görə rəfiqəsini öldürdü

20 İyun 2019 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Alyaska ştatında, 19 yaşındakı Sinti Hoffmanın öldürülməsi ilə əlaqədar hay-küylü məhkəmə prosesi başlayıb. Polis aşkar edib ki, Sintini dostları Tanderberd şəlaləsinə dəvət edib və orda öldürüblər.

Şəlalənin yanında 19 yaşlı Denali Bremer və 16 yaşlı Kayden Makintoş Sinti Hoffmanın ayağını yapışqan lentlə bağlayıb və başına güllə vurublar. Kimin atdığı hələ məlum deyil. Kayden Makintoş bunu Denali Bremerin etdiyini iddia edir, o da öz növbəsində Kaydenin vurduğunu söyləyir.

Qətli törətdikdən sonra, cəsədi şəlaləyə atırlar, qurbanın əşyalarını isə yandırırlar. Sonra onlar Sintinin ailəsinə bir neçə gün onun mobil telefonundan alibi yaratmaq üçün mesaj göndərirlər. Ancaq qızın cəsədi Eklunta çayında tapılanda, dostlardan şübhələnirlər və onlar tezliklə əməllərini etiraf edirlər.

Amma, hər şeydən əvvəl, Amerika Birləşmiş Ştatları ictimaiyyətini cinayətin motivi dəhşətə gətirir. Məlum olur ki, Sintinin məktəb rəfiqəsi Denali Bremer 9 milyon dollar əldə etmək ümidi ilə qətli törədib.

Bu pullar Denali Bremerə İnternetdə tanış olduğu, İndiana ştatından 20 yaşındakı gənc Darin Şilmiller tərəfindən vəd edilib. O, özünü Teylor adlı bir milyonçu kimi tanıdıb və deyib ki, böyük pul məbləğində qətl və zorlama videolarını satın alır. 19 yaşındakı Denaliyə Alyaskada kimisə qətlə yetirib videoya çəkərsə, qarşılığında 9 milyon dollar verəcəyini vəd edib.

Zəngin olma fürsətini görən gənc qız Denali, dörd dostu ilə razılaşır ki, məktəbdəki rəfiqəsi Sintini öldürsünlər. Sintinin onlarla getməsinə razılıq verməsi üçün biri avtomobilini verir, başqaları isə kütləvi gəzinti görünüşünü yaradır.

Cinayətin əsas iştirakçıları Denali Bremer və Kayden Makintoşdur. Qanlı qətldən sonra qız müştəriyə cinayətin videosunu göndərir, lakin heç bir pul əldə etmir və başa düşür ki, milyonçu fırıldaqçı imiş. "Əmək haqqını" vermək əvəzinə, o, yeni qətl tələb edərək aldığı çəkilişlərlə qızı şantaj etməyə başlayır.

Əvvəlcə polis bu məsələyə dair heç bir şey öyrənə bilmir və cinayətin motivini anlamırdı. Yalnız Denali Bremerin telefonununu araşdırdıqdan və telefonunda İndianalı yalançı milyonçu ilə yazışmaları gördükdən sonra polis hadisənin tam dəhşətini dərk etdi.

Darin Şilmiller indi İndianada həbs edilib.

Əksər amerikalıları dəhşətə gətirən odur ki, yeniyetmələr pula görə, həm də ortada olmayan pula görə necə asanlıqla qətl törətməyə razılaşıblar.( moderator.az)