Goranboyda ana öz qızını boğaraq öldürüb
Goranboyun Balakürd kəndində dəhşətli qətl baş verib. Kənd sakini, 40 yaşlı Pərvanə Kərimova birinci sinifdə oxuyan qızı Nuranə Quliyevanı boğaraq öldürüb. Hadisəyə məktəblinin dərslərinə yaxşı hazırlaşmamasının səbəb olduğu bildirilir. Ana övladını döydükdən sonra boğaraq öldürüb.
Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, P. Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürüb. 9 il əvvəl cinayət məsuliyyətinə cəlb edilən Pərvanə Kərimova Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub.
O, növbəti dəfə övladını öldürdükdən sonra ağır stress vəziyyətində Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Digər xəbərlər