“Arşın mal alan ” yenidən səhnələrdə nümayiş olunacaq
"Arşın mal alan" yenidən səhnələrə qayıdacaq. Bu dəfə musiqili komediya Azərbaycanla yanaşı Avropa ölkələrində də nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi layihəsi üzrə UNESCO çərçivəsində Azərbaycan milli operasının banisi Ü. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasını siyahıya təqdim edib.
Operanın 100 illik yubileyi 2012-2013-cü illərdə UNESCO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib. Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, UNESCO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi
digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin
ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər
görməkdədir.
Necə deyərlər, 3 manat pul, 1 kəllə qənd, vəssalam-şüttamam...
Elvin Babayev
O.M.