Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunacaq

Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunacaq

8 Yanvar 2014 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə xalq artisti Muxtar Avşarovun 100 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək. ATXİ-nin məsul katibi Kəmalə Cəfərzadənin Apa -ya verdiyi məlumata görə, yubiley tədbirində M. Avşarovun həyat fəaliyyətindən ibarət sərgi nümayiş olunacaq, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinləniləcək.

Qeyd edək ki, Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvanda anadan olub. O, "Axırıncı aşırım", "Dəli Kür", "Kişi sözü", "Tütək səsi", "Qatır Məmməd", "Gün keçdi" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. M. Dadaşov 2004-cü ildə Bakıda dünyasını dəyişib.