Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib

29 İyun 2016 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin tanınmış aktyoru Nezih Tuncay 71 yaşında dünyasını dəyişib.

Apa-nın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə aktyorun oğlu Semih Tuncay şəxsi facebook səhifəsində yazıb.

Aktyorun vəziyyəti iyunun 28-də pisləşdiyindən onu xəstəxanaya yerləşdirmişdilər.

Qeyd edək ki, N. Tuncay 1945-ci ildə İstanbulda anadan olub. "Yapraq tökümü", "Deliha", "Haqqını halal et" seriallarında, "Tikanlı yol", "Rus gəlin", "Patron bilməsin" və s. filmlərdə müxtəlif obrazlar yaradıb.

Mediainfo.az