Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8669 nəfər əlilə yardım edib
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib |
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. Mediainfo.az saytının verdiyi xəbərə görə, bu dövrdə ehtiyaclarına uyğun olaraq onlar 358 ədəd aşağı və yuxarı ətraf, həmçinin döş protezi, 441 ədəd yuxarı və aşağı ətraf ortezi, 2382 ədəd müxtəlif reabilitasiya vasitəsi, 138 ədəd bel və boyun nahiyəsi üçün korset, 229 cüt protez ayaqqabı, 1242 cüt ortopedik ayaqqabı ilə təmin olunublar. Bu təbəqədən olan insanlara 362 ədəd dördayaqlı dayaq vasitəsi, 486 cüt dirsəkaltı ağac, 866 ədəd əsa və s. də verilib. |