VİDEO:Serbiya təmsilçisi müsabiqə mahnısını Azərbaycan dilində oxudu
Serbiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Zeljko Yoksimoviç yarışmadakı "Nije ljubav stvar" mahnısını Azərbaycan dilində ifa edib. Eurovision.az saytı xəbər verir ki, müğənni Bakı Caz Mərkəzində ilk dəfə olaraq mahnısını Azərbaycan dilində oxuyub. Tamaşaçılar onun bu addımını ayaq üstə alqışlarla qarşılayıblar.
Serbiya təmsilçisi Azərbaycan dilində öyrənməyə çalışdığını deyib. Və çətin olmasına baxmayaraq, mahnısını Azərbaycan dilində oxumasından məmnun olduğunu bildirib.
O.M.
Digər xəbərlər