Onlarla insan əzilərək öldü... Stadion faciəsində yeni inkişaf

Onlarla insan əzilərək öldü... Stadion faciəsində yeni inkişaf

26 May 2023 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

El Salvadorda stadionda izdihamın əks-sədaları davam edir. Futbol komandalarının stadiona girməyə cəhd etməsindən sonra yaranan izdihamda 12 nəfər ölüb, yüzlərlə insan yaralanıb. İzdihamın görüntüləri qan dondursa da, hadisə ilə bağlı yeni faktlar olub.

El Salvadorda stadiona daxil olarkən yaranan izdiham nəticəsində 12 nəfər həyatını itirdikdən sonra klub prezidenti və menecerləri səhlənkarlığa görə saxlanılıb.

Regional mətbuatın məlumatına görə, El Salvador Respublika Prokurorluğunun əmri ilə Alianza FK futbol klubunun prezidenti Pedro Hernandez, iki menecer və stadion rəsmiləri haqqında həbs qərarı çıxarılıb. Saxlanılanlar 12 nəfərin ölümünə səbəb olmaqda və stadion qaydalarını pozmaqda ittiham olunublar.

Prokurorluqdan verilən açıqlamada izdihamın yaranmasına səbəb olan səhlənkarlığa diqqət çəkərək, “Stadionun giriş qapıları qeyri-kafidir və əvvəlcədən təhlükəsiz giriş üçün lazımlı planlama aparılmayıb”.

Oyunun biletləri satıldıqdan sonra qanunsuz olaraq bilet satışı davam edib. Təşkilatdakı tamah insan itkisini, yaralanmaları və azarkeşlərin təhlükəsizliyini təhlükə altına qoyub.

Xatırladaq ki, futbol komandalarının stadiona girməyə cəhd etməsindən sonra yaranan izdihamda 12 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Qapılar bağlandıqdan sonra çoxlu sayda azarkeş Cuscatlan stadionuna daxil olmağa çalışıb və izdiham yaranıb. Prezident Nayib Bukele hadisə ilə bağlı "hərtərəfli araşdırma" aparılacağını bildirib.

Murad Şahməmmədov