Vazgen Manukyan hərbçiləri Paşinyana qarşı üsyana çağırır

Vazgen Manukyan hərbçiləri Paşinyana qarşı üsyana çağırır

6 İyun 2023 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın sabiq müdafiə naziri və sabiq Baş naziri Vazgen Manukyan Azərbaycanla münasibətləri normallaşdırmaq mövqeyinə görə erməni hərbçilərini Paşinyana qarşı üsyana çağırıb.

Oxuməni.az xəbər verir ki, Qarabağın mövzusuna toxunan Manukyan erməni xalqının onu "təslim etməklə" "rahat yaşaya"biləcəyi fikrini gülünc adlandırıb.

Manukyan hərbçiləri, eləcə də digər güc strukturlarını ölkəni və dövləti "qorumağa" çağırır: "Mən xüsusi olaraq güc strukturlarına müraciət edirəm – Siz Nikol Paşinyanı müdafiə etməyə and içməmisiniz, siz vətəni, dövləti, Konstitusiyanı və qanunları müdafiə etməyə and içmisiniz. Nikol Paşinyanın etdiyi və etmək istədiyi şey ilk növbədə Konstitusiyamıza və qanunlarımıza ziddir, müvafiq olaraq Nikol Paşinyanın özü artıq qanunsuzdur".

Onun fikrincə, Paşinyanın hazırkı vəziyyətdə sənədi imzalaması onu "dövlət cinayətkarı"edəcək.

Əziz Baş Göynüklü