Serbiya ABŞ ilə hərbi əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirəcək

Serbiya ABŞ ilə hərbi əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirəcək

8 İyun 2023 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiya ABŞ silahlı qüvvələri ilə tərəfdaşlıq əməkdaşlığını artıracaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Prezident Aleksandr Vuçiç ABŞ Milli Qvardiya bürosunun rəhbəri general Daniel Hokansonla görüşdən sonra bildirib.

"Ölkəmiz hərbi bitərəfliyini qoruyaraq, Balkan bölgəsində və xaricində sülh və sabitliyi qorumaq üçün Amerika ordusu ilə tərəfdaşlıq əməkdaşlığını yaxşılaşdırmağa hazırdır",-deyə o bəyan edib

İyunun 16-dan 30-dək Serbiya respublikanın cənubunda ABŞ və daha 10 tərəfdaş ölkə ilə Platinum Wolf 23 birgə hərbi təlimləri keçirəcək. Eyni zamanda xatırladaq ki, Rusiya Ukrayna ilə müharibəsi başladıqdan sonra, 27 fevral 2022-ci ildə Belqrad beynəlxalq hərbi təlimlərdə iştirak etməyəcəyini bildirmişdi. Hadisələrin gedişi göstərir ki, Belqrad artıq fikrini dəyişərək ABŞ-a hərbi əməkdaşlığı genişləndirmək yolu tutub.